Məqalədə bəzi irrasional ifadələrin qiymətinin tapılmasında qeyri-ənənəvi üsulların rolundan bəhs olunmuşdur. Göstərilmişdir ki, qeyri-ənənəvi üsullardan istifadə yeni bacarıq və vərdişlər formalaşdırmaqla yanaşı, riyazi və məntiqi təfəkkürü də inkişaf etdirir. Bu məqsədlə, bir neçə qeyri-ənənəvi üsul konkret misallar üzərində tətbiq olunmuşdur. Qərara alınmışdır ki, belə üsullar irrasional ifadələrin sadələşdirilməsində və qiymətinin tapılmasında çox əlverişlidir və həllin tapılmasını asanlaşdırır.
Aza Əhmədova (Fri,) studied this question.