Müasir dövrdə idman kimi sosial hadisənin dünyada yayılması dərhal proqnozlaşdırmanı tələb edir. Hər bir idmançının hazırlığı proqnozlaşdırma sisteminə əsaslanmalıdır. Məşq zamanı idmançıların fiziki hazırlığının və idman göstəricilərinin irəliləyişinə nəzarət etmək, nəticələri nəzəri gözləntilərlə müqayisə etmək və lazım gəldikdə məşq planına düzəlişlər etmək, bununla da bütün məşq prosesini nəzarətdə saxlamaq mümkündür. Əgər proqnozlar gələcək yarışlarda arzuolunmaz nəticələrin ola biləcəyini göstərirsə, o zaman məşq prosesini elə təşkil etmək lazımdır ki, nəticələrin aşağı düşməsinə mane olsun və nəticələrin yüksəlməsinə xidmət etsin. Əgər proqnoz nəticələrin əlverişli istiqamətdə dəyişdiyini göstərirsə, o zaman daha yüksək nəticə əldə etmək üçün bu istiqamətdə işlər daha fəal təşkil edilməlidir. Məqalədə proqnozlaşdırmanın idmanın gələcək inkişafı strategiyasının tədqiqatındakı əhəmiyyətindən və proqnozlaşdırmada istifadə olunan metodlardan bəhs edilmişdir.
Aza Əhmədova (Thu,) studied this question.