Son illərdə naviqasiya sistemlərinin bütün sahələrdə olduğu kimi, pilotsuz uçuş aparatlarında (PUA) da tətbiqi sürətlə inkişaf etmişdir. 44 günlük İkinci Qarabağ və Rusiya-Ukrayna müharibələrində PUA-lara qarşı müasir radioelektron mübarizə sistemlərinin (REM) tətbiqi naviqasiya sistemlərinin daha da təkmilləşdirilməsini aktuallaşdırır. PUA-larda hədəflərin dəqiq koordinatlarının müəyyən edilməsi və izlənməsi üçün etibarlı naviqasiya sistemləri lazımdır. Naviqasiya sistemləri uçuşun bütün mərhələləri üçün dayanıqlı və dəqiq olmalıdır.
H.İ. Şərifov (Fri,) studied this question.