Futbol hakimi yalnız qayda bilməklə kifayətlənmir, o, stadion atmosferində verilən hər qərarın məsuliyyətini daşıyır. Hakimlər yalnız fiziki deyil, həm də ruhən möhkəm olmalıdırlar. Tədqiqatlar göstərir ki, məhz yüksək fiziki və psixoloji hazırlığa malik hakimin qərarvermə qabiliyyəti daha effektiv ola bilər. Eyni zamanda, hakimin situasiyaları nəzarətdə saxlaması, stress və emosiyalarını idarə etməsi vacib məsələlərdəndir. Bu baxımdan futbol hakimlərinin psixoloji hazırlığı mövzusu müasir dövrdə xüsusi aktuallıq kəsb edir. Məqalənin məqsədi müxtəlif ölkələrdə, xüsusən Azərbaycan, Türkiyə, Almaniya və digər nümunəvi ölkələrdə futbol hakimlərinin psixoloji hazırlığına yanaşmaları müqayisəli təhlil etmək və Azərbaycanda tətbiq oluna biləcək tövsiyələr verməkdir. Araşdırmada son 5–6 ilin elmi mənbələri əsasında ədəbiyyat icmalı təqdim olunur. Əsas diqqət psixoloji təzyiqlə mübarizə, özünəinamın inkişafı, sosial dəstək və stressin idarə olunması kimi aspektlərə yönəlmişdir. Məzmun çərçivəsində müxtəlif ölkələrdə tətbiq olunan psixoloji hazırlıq proqramları və metodları təhlil olunur. Həmçinin psixoloji komponentlərin hakimlərin qərarvermə keyfiyyətinə təsiri faktlarla əsaslandırılır. Məqalədə statistik cədvəl vasitəsilə beynəlxalq psixoloji hazırlıq proqramları müqayisə edilir. Nəticədə Azərbaycanda psixoloji təlimlərə ehtiyac olduğu və beynəlxalq təcrübələrdən faydalanmağın vacibliyi vurğulanır. Məqalə, həm nəzəri, həm də tətbiqi tövsiyələr verməklə praktik əhəmiyyət daşıyır. Araşdırmanın nəticələri hakimlərin psixoloji hazırlığı sahəsində milli modelin formalaşdırılması üçün elmi əsaslar təqdim edir.
Əliyar Ağayev (Thu,) studied this question.