Tədqiqatın məqsədi: vaxtından əvvəl doğulan uşaqlarda sepsislə assosiasiyalı ensefalopatiyanın (SAE) klinik-immunoloji xüsusiyyətlərinin öyrənilməsi. Materiallar və metodlar: Tədqiqata neonatal sepsisi olan 95 vaxtından əvvəl doğulan uşaq daxil edilmişdir. Mərkəzi sinir sisteminin vəziyyəti kompleks klinik-instrumental üsullarla qiymətləndirilmişdir. Qan zərdabında iltihabönü və iltihabəleyinə sitokinlərin (IL-1β, IL-6, IL-10, IL-18, TNF-α), həmçinin neyronspesifik enolazanın (NSE) səviyyələri müəyyən edilmişdir. Tədqiqatın nəticələri: Sepsisli bütün yenidoğulanlarda mərkəzi sinir sisteminin zədələnməsinin klinik əlamətləri aşkar edilmiş və funksional ensefalopatiya xarakteri daşımışdır. Vaxtından əvvəl doğulanlarda SAE-nin ağırlıq dərəcəsi IL-1β, IL-6, IL-18 və TNF-α səviyyələrinin artması, IL-10 konsentrasiyasının isə azalması ilə etibarlı korrelyasiya etmişdir. Hipersitokinemiya göstəriciləri, NSE səviyyəsinin yüksəlməsi və nevroloji pozğunluqların ağırlığı arasında statistik əhəmiyyətli əlaqələr müəyyən edilmişdir. Nəticə Sepsislə assosiasiyalı ensefalopatiya neonatal sepsisin universal təzahürü və poliorqan disfunksiyasının əsas komponentidir. Sitokin balansının pozulması və neyroiltihab SAE-nin patogenezində aparıcı rol oynayır və xəstəliyin erkən diaqnostikası və proqnostik qiymətləndirilməsi üçün istifadə oluna bilər.
Building similarity graph...
Analyzing shared references across papers
Loading...
N.C. Rəhimova (Thu,) studied this question.
www.synapsesocial.com/papers/69a75c3dc6e9836116a24e88 — DOI: https://doi.org/10.28942/jpp.v11i1y2025.109
N.C. Rəhimova
Building similarity graph...
Analyzing shared references across papers
Loading...