Xronik anal çatın (AÇ) müalicəsində modifikasiya etdiyimiz üsulla posterolateral sfinkterotomiyanın (PLİS) effektivliyinin araşdırılması tədqiqatımızın əsas məqsədi olmuşdur. Material və metodlar: 2 il ərzində dorsal lokalizasiyalı xronik AÇ-a görə təklif etdiyimiz üsulla PLİS + fissurektomiya cərrahi əməliyyatı keçirmiş 19 xəstə müalicəmiz və nəzarətimiz altında olmuşdur. 18-62 il yaş aralığında olan xəstələrdən 11-i kişi, 8-i qadın olmuşdur. Bütün xəstələrdə PLİS (5 və ya 7 radəsində olmaqla) həyata keçirilmiş, sfinkterotomiya vizual nəzarət altında yalnız internal anal sfinkterin (İAS) distal 1/3 hissəsini əhatə etmişdir. Bu baxımdan oriyentirimiz dişli xətt (dentate line) olmuşdur. PLİS-in qənaətbəxş dozalanması üçün əməliyyat zamanı 33-34 mm diametrli obturatordan istifadə edilmişdir. 4 barmaq təftişi də praktik cəhətdən qənaətbəxş hesab edilmişdir. PLİS icrasından sonra dəri diliminin hərəkiliyini artırmaq məqsədilə dəri yara boyunca perianal istiqamətdə xarici anal sfinkterdən (EAS) iti surətdə 2-2,5 sm ölçüdə ayrılaraq mobilləşdirilmiş və fissurektomiya deffektinin bağlanması üçün flap hazır vəziyyətə gətirilmişdir. Güvənli fiksasiya üçün fissurektomiya deffektinin tikişlərinə İAS da hissəvi götürülmüşdür. Əməliyyatdan sonra spesifik ağırlaşmalar və residiv ehtimalı araşdırılmışdır. Modifikasiyalı PLİS + fissurektomiya əməliyyatı güvənli cərrahi nəzarətə sahib olmaqla bərabər, sfinkterotomiyanı əlavə kəsik aparmadan icra etməyə imkan verir; ağırlaşma və residiv riskinin cüzi olmasını nəzərə alaraq, xronik AÇ-ın cərrahi müalicəsində tətbiq edilə bilər.
Building similarity graph...
Analyzing shared references across papers
Loading...
V.Ş Abbasov (Tue,) studied this question.
www.synapsesocial.com/papers/69d8946e6c1944d70ce05510 — DOI: https://doi.org/10.28942/atuj.v6i1y20026.140
Synapse has enriched 5 closely related papers on similar clinical questions. Consider them for comparative context:
V.Ş Abbasov
Azerbaijan Medical University
Building similarity graph...
Analyzing shared references across papers
Loading...