Müxtəlif yonulma üsulları ilə kompüter dəstəkli dizayn və kompüter dəstəkli istehsal (CAD/CAM) ilə istehsal olunan ultra nazik okklüzial vinirlərin möhkəmliyi tədqiq edilmişdir. Bu məqsədlə, tsiklik yükləmə şəraitində diş modelləri üzərində mexaniki təsir, eləcə də sonlu element metodundan istifadə edərək ədədi analiz aparılmışdır. Tədqiqat ATU-nun Ortopedik Stomatologiyanın tədris-klinik bazasında aparılmışdır. 40 molyar diş hazırlanmışdır: onlardan 20-si vinirlər üçün adi (şafer) üsulla yonulmuş, digər 20 diş isə demək olar ki, yonulmamış, yəni dentin açılmasına qədər minimal yonma aparılmışdır. Hər bir diş qrupu üçün vinirlər CAD/CAM texnologiyasından istifadə olunmaqla, lakin müxtəlif kimyəvi tərkibə malik diş materiallarından hazırlanmışdır: 1) aşağı elastiklikli (kompozit); 2) yüksək elastiklikli (keramika) materiallardan. Vinirlərin fiksasiyası yapışqan üsulla aparılmışdır. Nümunələr çeynəmə stimulyatorundan istifadə olunmaqla 1 000 000 dövr (sikl) ərzində 50 N qüvvəyə məruz qalmışdır. Daha sonra əldə edilən kaplama nümunələri zədələnmələr (qırıqlar, çatlar) baxımından müayinə edilmişdir. Görünən dəyişikliklər bərpanın uğursuzluğu kimi qiymətləndirilmişdir. Restorasiyaların möhkəmliyini və dayanıqlılığını qiymətləndirmək üçün məlumatların təhlilində Kaplan-Meier metodundan istifadə edilmişdir. Sonlu element analizi (FEA) açıq mənbəli proqram təminatından istifadə etməkl aparılmışdır. Vinirlər üçün yonulmuş və yonulmamış dişlərin, yəni dentinin açılmasından əvvəlki vəziyyətdə olan nümunələrin möhkəmliyi müqayisə edilmişdir. Okklyuzion keramik vinirlərin möhkəmliyi belə olmuşdur: yonulmayan dişlərdə – 60%; yonulmuş dişlərdə – 40%; statistik baxımdan əhəmiyyətli fərqlər aşkar edilməmişdir.Kompozit vinirlər yonma metodundan asılı olmayaraq 95% möhkəmlik və dayanıqlılıq nümayiş etdirmişdir. Nəticə olaraq qeyd edək ki, okklyuzion vinirlər üçün dişlərin yonulma metodları mübahisəli məsələ olaraq qalır və apardığımız işdə okklyuzion vinirlərin mexaniki dayanıqlılığına əhəmiyyətli təsir göstərməmişdir. Lakin, standart vinirlər üçün minimal diş yonulmasının əhəmiyyətini azaltmırıq. Buna görə də okklyuzion vinirlərin hazırlanmasında minimal yonulma tövsiyə olunur. Eyni zamanda, bərpa materialının seçimi onun uzunömürlü olmasında əsas amildir.
Building similarity graph...
Analyzing shared references across papers
Loading...
F.R. Səfərəliyev (Tue,) studied this question.
www.synapsesocial.com/papers/69d894ad6c1944d70ce05a41 — DOI: https://doi.org/10.28942/atuj.v6i1y20026.134
F.R. Səfərəliyev
Azerbaijan Medical University
Building similarity graph...
Analyzing shared references across papers
Loading...