B. Vahabzadə XX əsr Azərbaycan poeziyasının ən görkəmli nümayəndələrindən biridir. B. Vahabzadə poeziyası düşüncə və ifadə tərzi baxımından tamamilə millidir. Təsadüfi deyildir ki, şair hələ sovet dövründən ana dili uğrunda, Azərbaycanın müstəqilliyi uğrunda dayanmadan mübarizə aparmışdır. “Özümüzü kəsən qılınc” pyesi də B. Vahabzadənin türk xalqlarını milli oyanışa və milli birliyə səsləyən, ona öz tarixini xatırladan dəyərli sənət nümunəsidir. Araşdırmamızda şairin “Özümüzü kəsən qılınc” pyesinin dilində işlənən frazeoloji cümlələr bir neçə aspektdən təhlil olunur. Məqalədə pyesin dilində işlənən frazeoloji cümlələr-frazeoloji nəqli cümlələr, frazeoloji sual cümlələri və s. başlıqlar altında təhlil olunur. Məlum məsələdir ki, frazeoloji birləşmələr və ya frazeoloji cümlələr də milli təfəkkür hadisəsi hesab olunur. Pyesin dilində maraqlı və orijinal frazeoloji cümlə tipləri ilə rastlaşırıq. Bu da şairin öz ana dilinin incəliklərinə nə qədər dərindən bələd olmasının göstəricisi idi.
Building similarity graph...
Analyzing shared references across papers
Loading...
Q.M. Baxşiyeva
Herman Miller (United States)
Building similarity graph...
Analyzing shared references across papers
Loading...
Q.M. Baxşiyeva (Thu,) studied this question.
www.synapsesocial.com/papers/69fd7e79bfa21ec5bbf06bb5 — DOI: https://doi.org/10.28942/snsa.v7i4y2025.662
Synapse has enriched 5 closely related papers on similar clinical questions. Consider them for comparative context: