Məqalə güləşdə texniki hərəkətlərin effektivliyini müəyyən edən əsas amillərdən biri olan “partlayıcı” gücün (qüvvə qradiyentinin) səviyyəsini və onun müxtəlif əzələ qruplarında təzahür xüsusiyyətlərini araşdırmışdır. 7-12 illik təcrübəyə malik 20 idman ustası və təcrübəsiz güləşçilər üzərində aparılan tədqiqat nəticəsində müəyyən edilmişdir ki, bükülmə hərəkətləri zamanı güc qradiyenti açılma hərəkətlərinə nisbətən daha yüksək olur. Ən yüksək göstəricilər said, bazu və bud əzələlərinin bükülməsi zamanı, ən aşağı göstəricilər isə pəncə və gövdə hərəkətlərində müşahidə edilmişdir. Yüksək dərəcəli güləşçilərin “partlayıcı” güc göstəriciləri təcrübəsiz idmançılardan iki dəfəyə qədər yüksək olmuş, bu da neyrokoordinasiya mexanizmlərinin və əzələlərin morfoloji - biokimyəvi xüsusiyyətlərinin təkmilləşməsi ilə əlaqələndirilmişdir. Faktor təhlili göstərmişdir ki, “partlayıcı” gücün inkişafı həm maksimal əzələ qüvvəsini, həm də onun inkişaf sürətini artıran xüsusi məşqlər vasitəsilə daha səmərəli formalaşır. Nəticələr göstərir ki, güc qradiyenti güləşçilərin texniki ustalığı və sevimli hərəkətləri ilə sıx əlaqəlidir və seçmə, planlaşdırma və xüsusi hazırlıq prosesində mühüm meyar kimi istifadə oluna bilər.
Building similarity graph...
Analyzing shared references across papers
Loading...
Y.S. Cəlalov
Azerbaijan State Marine Academy
Building similarity graph...
Analyzing shared references across papers
Loading...
Y.S. Cəlalov (Thu,) studied this question.
www.synapsesocial.com/papers/69fd7f86bfa21ec5bbf080e8 — DOI: https://doi.org/10.28942/snsa.v7i4y2025.632