Məqalədə kütləvi idman tədbirlərinin cəmiyyətə sosial təsirləri kompleks şəkildə təhlil olunur. Kütləvi idmanın yalnız fiziki fəaliyyətin təşviqi ilə kifayətlənmədiyi, eyni zamanda ictimai həyatın müxtəlif sahələrində sosial birliyi, iştirakçılığı və həmrəyliyi gücləndirdiyi vurğulanır. Araşdırmada marafonlar, açıq hava idman günləri və digər ictimai idman tədbirləri nümunəsində bu fəaliyyətlərin sosial kapitalın formalaşmasında və fərqli sosial qrupların inteqrasiyasında oynadığı rol qiymətləndirilir. Xüsusilə, könüllülük fəaliyyəti və gənclərin sosial bacarıqlarının inkişafı bu tədbirlərin vacib aspektləri kimi qeyd olunur. Kütləvi idman tədbirlərinin sosial siyasətin ayrılmaz hissəsi kimi dövlət və ictimai təşkilatlar tərəfindən davamlı şəkildə təşviq olunmasının cəmiyyətin inklüziv, sağlam və fəal vətəndaş modelinin formalaşmasında mühüm rol oynadığı qeyd olunur.
Building similarity graph...
Analyzing shared references across papers
Loading...
S.Ə. Babayev (Thu,) studied this question.
www.synapsesocial.com/papers/69fd7fb8bfa21ec5bbf083e5 — DOI: https://doi.org/10.28942/snsa.v7i4y2025.664
S.Ə. Babayev
Azerbaijan State Marine Academy
Building similarity graph...
Analyzing shared references across papers
Loading...