Məqalə VIII–XIII əsrlərdə İslam Şərqində formalaşan İsmaililər hərəkatının siyasi-hüquqi təlimini araşdırır. İmam Cəfər Sadiqin böyük oğlu İsmayılın tərəfdarlarının imamətin ona və onun nəslinə keçdiyini müdafiə etmələri nəticəsində şiəlik daxilində parçalanma yaranmış və İsmaililik meydana çıxmışdır. Bu təriqət batini xarakter daşıyır, gizli təlimi və ciddi təşkilati strukturu ilə seçilirdi. İsmaililər imamı ilahi biliklərin daşıyıcısı hesab edir, onu peyğəmbərlərin təlimlərini şərh edən mənəvi lider kimi qəbul edirdilər. Onların dəvətçilik fəaliyyəti (da‘wa) müxtəlif sosial qrupların Abbasilər hakimiyyətinə qarşı səfərbər olunmasına təsir göstərmiş və nəticədə Fatimilər xilafəti qurulmuşdur. Qahirə şəhəri Əl-Əzhər və Darül-Hikmə kimi təhsil və elm mərkəzlərinə malik mühüm siyasi və mədəni mərkəzə çevrilmişdir. Bununla yanaşı, daxili parçalanmalar nəticəsində formalaşan Nizari qolu Həsən ibn əs-Səbbahın rəhbərliyi ilə Ələmut qalasında fərqli siyasi mübarizə metodları ilə seçilən bir struktur yaratmışdır. Monqol yürüşləri nəticəsində Ələmut siyasi qurumunun süqutuna baxmayaraq, İsmaililik ənənəsi tamamilə aradan qalxmamış, sonrakı dövrlərdə Ağa Xan xətti ilə davam etdirilmişdir. Müasir dövrdə milyonlarla tərəfdarı olan İsmaililər təhsil, elm və mədəni inkişaf sahələrində fəaliyyəti ilə seçilirlər. Nəticə etibarilə, İsmaililər hərəkatı orta əsrlərdə İslam siyasi-hüquqi fikrinin fərqli istiqamətlərindən birini təmsil etmiş, həm elmi və mədəni inkişaf sahəsindəki töhfələri, həm də siyasi fəaliyyət formaları ilə tarixdə əhəmiyyətli iz buraxmışdır.
Qəhrəman Behbudov (2026) studied this question.
Synapse has enriched 5 closely related papers on similar clinical questions. Consider them for comparative context: